loading...

19 Kasım 2014 Çarşamba

Normal Dərilər Üçün Qulluq Maskaları


Normal Dərilər Üçün Qulluq Maskaları

 

Normal dərilər sağlam və hamar görünərlər. Nə yağlı, nə də kurudurlar. Normal dəri tipinə çox az rast gəlinir, nə yağlı, nə də quru bir dəridir. Amma ən az yağlı və quru cildlər qədər baxıma ehtiyacı vardır ki, rəngini və sağlamlığını qorumağa davam etsin.

 

Təmizləmə

 

Üzüm Suyu

 

Bir ovuc üzümün suyunu möhkəmin və bu suya batırdığınız pambıqla dərinizi yaxşıca silin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq suyla yuyub qurulayın. Çox təsirli bir dəri təmizləmə üsuludur

 

Yağış Suyu

 

İki stəkan yağış suyuna 10-15 damcı qliserin qoyun və qarışdırın. Bu su ilə üzünüzü yaxşıca yuyub yumşaq bir dəsmal ilə qurulayın.

 

Təraş Fırçası

 

Kiçik bir qaba qoyduğunuz suya yumşaq bir taraş fırçasını batırıb, yüz sabunuyla yaxşıca köpürdün və yüzünüzü gözəlcə fırçalayın. Daha sonra yumşaq bir dəsmalla üzünüzü qurulayın.

 

Dəri təmizliyi üçün əsla spirt və odekolon istifadə etməyin. Bunlar dərinin tez kırışmasına səbəb olarlar.

 


Qulluq Maskaları

 

Gündüz Kremi

 

Bir ədəd yumurtanın ağını yaxşıca çırparaq qabardın. İçinə bir çay qaşığı bal ilə bir neçə damla bademyağı əlavə edin. Bu qarışıq, krem halına gələnə qədər çırpın. Hazırladığınız kremi səhərlər yüzünüzə sürüb 1-2 saat gözləyin. Sonra suyla təmizləyin. Həftədə 1 edin.

 

Banan Maskası

 

Bir dənə bananı soyub yaxşıca əzin və bunu yüzünüzə sürüb, 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü su ilə təmizləyin və nəmləndirici Kreminizi sürün. Bu maskanı də həftədə 1 edə bilərsiniz.

 

Dəriyə Parlaqlıq Vermək Üçün

 

Bitki Mənşəli Yağlar

 

Eyni miqdarda avokado yağı, buğda yağı, saf zeytunyağı və 2 yemək qaşığı balı yaxşıca qarışdırıb, dərinizə sürün. 10-15 dəqiqə sonra üzünüzü yuyun.

 

 

Dərini Möhkəmləşdirmək Üçün

 

Mədən Suyu

 

Bir litr mineral suya 1 tutam lavanta çiçəyi, 1 tutam gicitkən otu yarpağı, 1 tutam qaranquş otu atıb 2 gün gözlədin. Sonra, bu su ilə üzünüzü silin. Yarım saat gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.

Hiç yorum yok:

Yorum Gönder

Related Posts Plugin for WordPress, Blogger...