loading...

29 Ekim 2014 Çarşamba

Agilli Qadin Necə Olmalidir


Agilli Qadin Necə Olmalidir
 
Ağıllı qadın necə olmalıdır sualının cavabı olaraq; məncə bir qadın gözəl olmalı. Gözəlliyi qaşında gözündə deyil özündə sözündə olmalı.Bence bir qadın aç deyil tox olmalı. Ruhu doymuş olmalıdır. Əvvəl insan olmalı. Kişisini yolda hava atmaq üçün deyil bir ömür eyni yolda gedə bilmək üçün seçməlidir.
 
Məncə bir qadın zadəgan olmalı. Asilliği soyunda deyil xasiyyətindən olmalı. Baxarkən qürur duymalıyım ona və içimdən yaxşı ki varsan deməliyəm ona hər baxdığımda.
 
Məncə bir qadın sevgi dolu olmalı. Sözləriylə toxunuşuyla insan yanında dinclik tapmalı.
 
 

Məncə bir qadın təmiz olmalı. Təmizliyi ətir şüşələri ilə deyil ruhu ilə təmin etməli.
 
Məncə bir qadın ağıllı olmalı. Uzun söhbətlər edə bilməli və lazım olduğunda mübahisə qədər təchizatlı amma döyüş etməyəcək qədərdə şüurlu olmalıdır.
 
Məncə bir qadın məlumatlı olmalı. Harada nə edilər Harada nə geyilər Harada nə danışılar bilməlidir.
 
Məncə bir qadın keyfiyyətli olmalı. Keyfiyyətini kişisinin pulqabısına baxaraq deyil Kişisinin gözlərindən gözlərini ayırmayaraq ortaya qoymalıdır.
 
Məncə bir qadın döyüşçü olmalı. Həyatın hər şərtinə hazır və hər şərtdə varlığını qoruya bilən olmalı.
 
Məncə bir qadın hörmətli olmalı. Hörməti əvvəl özünə olmalı. Ucuz bir ət parçası deyil günlük birlikləri deyil ömürlük olmalı.

1 yorum:

  1. Ela. məncə bir qadın həm də sözün əsil mənasinda xanım olmalıdır

    YanıtlaSil

Related Posts Plugin for WordPress, Blogger...