İştahı Kəsmək
Üçün Nələr Edilə Bilər?
Zəifləmək istəyənlərin
əsas problemi iştahtır. İştah ilə necə mübarizə edilir? İştahı kəsmək üçün nələr
edilə bilər? Bu yazımızda yer verdiyimiz sadə məsləhətlər sizə bu mövzuda köməkçi
ola bilər.
İştahı kəsmək
üçün ediləcəklər
1. Aç qalmayın.
Aclıq insan bədənində müəyyən qoruyucu mexanizmləri dövrəyə soxur və bunun nəticəsində
aclıqdan çıxan bir adam daha çox qida istehlak etməyə başlar.
2. bəslənmənizə
sellüloza baxımından zəngin olan qidaların sayını artırın. Bu qidalar adamda
toxluq hissini uzadar və nəticədə iştahı kəsər. Sellülozanın əsas mənbələri:
meyvələr və terevezlerdir.Ancaq. Məsələn, ərik, alma, armud, şaftalı kimi meyvələr
sellüloza qaynağıdır.
3. Yüksək
glisemik indeksi olan qidaların qəbulundan qaçınılmalıdır. Bu qidalar qanda
qlükozanın səviyyəsinin birdən yüksəlməsinə və daha sonra kəskin bir şəkildə
enməsinə səbəb olar. Qlükozanın səviyyəsinin düşməsi insanın iştahının
artmasına gətirib çıxarır. Bu qidalar: keks, kola, limonad, şəkər və südlü
şokolad, mayalı və milföy xəmirdən edilən yeməklər, uzun düyü, kartof kimi yeməklərdir.
Aşağı glisemik
indeksi olan məhsullar isə bunun əksinə iştahı azaldır. Nümunə verməmiz lazım
olsa; yaşıl tərəvəzlər, şaftalı, alma, armud, göbələk, yağsız ət, balıq,
yumurta və acı şokolad.
4. Tez-tez və az
miqdarlarda qida istehlak edin. Bu iştahın azalmasına gətirib çıxarır.
5. Yemək yeyərkən
tələsik etməyin, hər bir tikəni yavaş yavaş çeynəyin. Bu vəziyyətdə toxluq
hissinin meydana gəlməsi üçün sizə daha az miqdarda qida lazım olacaq.
6. Bilindiyi
kimi, yeməyin görünüşü və qoxusu iştahı artırır. Bu səbəbdən şorba, tərəvəz püresi
kimi daha sadə və iştah artırmayan yeməkləri seçim edin.
7. Yeməyi kiçik
qaba qoyun. Bu sadə psixoloji üsul çox yaxşı nəticələr verir.
9. Hər gün tərəvəz
şorbalar istehlak edin. Nəticədə mədədə daha çox kalorili digər yeməklərə daha
az yer qalacaq.
10. Desertlər,
ağ çörək, çörək kimi qidaları qəbul etməyin.
11. Yaxşı bir
ruh halı ümumiyyətlə iştahı azaldır, stress isə əksinə artırar. Bu səbəbdən
stresdən uzaq dayanmağa diqqət nümayişin.
12. Kifayət qədər
yatın. Yuxunun az olması iştahı artırır.
Hiç yorum yok:
Yorum Gönder